Koreya Yarımadasında müharibə təhlükəsi!

Bölmə: Dünya › ,
Tarix: 23:19 11.02.2025

ABŞ nüvə sualtı qayığını göndərdi, Şimali Koreya xəbərdarlıq etdi.

 

Şimali Koreya Müdafiə Nazirliyi, ABŞ-nin bölgəyə nüvə sualtı qayığını göndərməsini tənqid edərək, ordusunun təhlükəsizlik təhdidlərinə qarşı tədbirlər alacağını bildirdi. ABŞ-ın Şimali Koreya ilə təhlükəsizlik narahatlıqlarını görməzlikdən gəldiyi və aqressiv tutum qarşısında geri addım atmayacağı vurğulandı. 20 yanvarda ABŞ prezidenti Donald Trump’ın vəzifəyə başlamasından sonra Koreya Yarımadasında gərginlik artıb. Şimali Koreya, ABŞ-nin Alexandria sualtı qayığının Cənubi Koreya limanına yanaşmasını, regional gərginliyi artıran bir hərəkət olaraq qiymətləndirib.

 

Bənövşə Zahidli
Haber Global