NATO yüksək hazırlıqlı vəziyyətində olan hərbçilərinin sayını açıqlayıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/8406741_3.jpg)
Tarix: 22:47 15.08.2024
Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, yarım milyondan çox NATO əsgəri şərq cinahda döyüş hazırlığı vəziyyətindədir.
"İnformator.az" RİA Novosti-yə istinadən xəbər verir.
"Hazırda 500,000-dən çox əsgərimiz yüksək hazırlıq vəziyyətindədir"
Bauer əlavə edib ki, “Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planları”nın həyata keçirilməsi ilə şərq sərhədində irəli müdafiəni gücləndirən alyans indi “təhlükəli vəziyyətdə olan istənilən müttəfiqini” tez bir zamanda gücləndirə bilər.
Qeyd edək ki, daha əvvəl məlum olub ki, Polşa Kalininqrad vilayəti ilə sərhəddə aktiv müşahidə sistemi quraşdıracaq.
Banuçiçək Kalbalıyeva