Meymun çiçəyi virusu Avropaya yayıldı: İlk hal təsdiqləndi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/2601260_2.jpg)
Tarix: 23:07 15.08.2024
Konqo Demokratik Respublikası və qonşu ölkələrdə görülən meymun çiçəyi virusu Afrika qitəsindən kənara da yayılıb. İsveçdə meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib.
Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu Afrika qitəsindən sonra Avropada da görülüb.
İsveçin Səhiyyə və Sosial Məsələlər naziri Yakob Forssmed mətbuat konfransında "Günortadan sonra biz təsdiq etdik ki, İsveçdə Clade I adlı daha ciddi tipdə meymun çiçəyi xəstəliyi var".
İsveç Xalq Sağlamlığı Təşkilatından verilən açıqlamada sözügedən hadisənin ilk dəfə meymun çiçəyi virusunun təhlükəli variantı olan Clade I-in Afrikadan kənarda təsbit edildiyi və xəstənin paytaxt Stokholmda olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun yayılması səbəbindən son iki il ərzində ikinci dəfə dünən qlobal ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan edib.
Mənbə: Trt haber
Aslanova Fatimə