Google və Microsoft elan etdilər: "Bunu İran təşkil etdi, Bayden və Tramp hədəfdədir"
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/6289947_2.jpg)
Tarix: 23:34 15.08.2024
Google və Microsoft, İranın dəstəklədiyi bir qrupun ABŞ prezident seçkilərində yarışan Bayden və Trampın kampaniyalarına kiberhücum təşkil etdiyini açıqladı.
Yüksək səviyyəli məmurların elektron poçtlarını hədəf alan hücumlarda həssas məlumatlar oğurlanmağa cəhd edilib. İran bu iddiaları təkzib etsə də, kiber təhlükə həyəcanı bütün dünyada rezonans yaratdı.
Google, İranın dəstəklədiyi bir qrupun ABŞ-da prezident seçkiləri kampaniyalarına kiberhücum təşkil etdiyini açıqladı. Bayden və Trampın e-poçtları hədəfə alınıb.
Microsoft da İranın ABŞ seçkilərinə müdaxilə etdiyini təsdiqləyən oxşar hesabat dərc edib.
Google və Microsoft-un son hesabatlarına görə, İranın dəstəklədiyi qrup ABŞ prezident seçkilərində rəqabət aparan namizədlərin və yüksək vəzifəli məmurların e-poçt hesablarına fişinq hücumları həyata keçirib.
Hücumlar may və iyun aylarında həyata keçirilib. İran bu iddiaları rədd etsə də, iki texnologiya nəhənginin hesabatları seçkilərin nəticələrini manipulyasiya etmək üçün cəhdlər edildiyini göstərir.
Mənbə: Haber Global
Aslanova Fatimə