Qəzza zolağında ilk irəliləyiş: Atəşkəsin tətbiqi gözlənilir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:34 16.08.2024
Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.
Danışıqlar prosesinin gedişi ilə bağlı digər təfərrüatlar verilmir.
Mövzunu "informator.az"a şərh edən siyasi şərhçi Kazım Kazımov bildirib ki, atəşkəsin olması həm İsrail, həmdə Fələstin xalqı üçün faydalıdır:
Qəzza zolağında 10 aydan artıq müddətdir ki, hərbi əməliyyatlar davam edir. Həm HƏMAS, həm də İsrail çox ciddi itkilər verib, xüsusən də mülki şəxslərin ölümü var, 40 mindən çox mülki şəxsin ölümü var, o cümlədəm 1000-dən artıq İsrail vətəndaşıda həyatını itirib. 50 minə yaxın şəxsin həyatını itirdiyi bu müharibədə atəşkəsin olması həm İsrail, həmdə Fələstin xalqı üçün faydalıdır. Biz bilirik ki, Qətərdə Fələstin, İsrail, Misir, ABŞ və İranın nümayəndə heyəti görüşürlər. Bu görüş ABŞ prezidenti Co Baydenin müəyyən etdiyi prinsip əsasında keçirilir. Belə ki 4 mərhələli atəşkəs rejimi tətbiq olunacaq. Əvvəlcə Qəzzada silahlar susacaq, İsrail geri çəkiləcək, sivillərin qayıdışı başlayacaq, dağıntılar aradan qaldırılacaq. Daha sonra isə Qəzzanın necə və kimin idarə edəcəyi ilə bağlı danışıqlar aparılacaq. Burada girovların dəyişdirilməsi məsələsində problem yaşanır, çünki 7 oktyabrdan sonra nə ABŞ, nə İsrail, nə də digər Yaxın Şərq ölkələri HƏMAS-ın burada hakimiyyətdə qalmasını istəmir".
Fidan Fərhadlı
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu