HƏMAS-dan Qəzzadakı atəşkəslə bağlı açıqlama
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/8561440_9.jpg)
Tarix: 21:49 16.08.2024
HƏMAS-ın yüksək rütbəli rəsmisi: "Dohadakı danışıqlardan bizə çatdırılanlar iyulun 2-də razılaşdırılanlarla uyğun gəlmir".
Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün danışıqlar Qətərin paytaxtı Dohada başlayıb, lakin İsrail danışıqları davam etdirdiyi üçün HƏMAS Dohadakı danışıqlara qatılmayıb.
Vasitəçilər danışıqların təfərrüatı ilə bağlı məlumatları HƏMAS-a çatdırıblar. Bunun üzərinə HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Britaniyanın Reuters xəbər agentliyinə danışıb.
Həmas rəsmisi onlara çatdırılan detalların iyulun 2-də danışdıqları məsələlərlə uyğun gəlmədiyini vurğulayıb.
Danışıqlarda iştirak edən vasitəçilər ABŞ, Misir və Qətər birgə bəyanatla çıxış ediblər. Vasitəçilərin razılaşdırılmış maddələr əsasında razılığa gəlmək ümidilə ən geci bazar gününə qədər yenidən görüşəvəkləri bildirilib. "Vasitəçilər atəşkəs layihəsi üzərində işləməyə davam edəcəklər" ,-deyə bildirib.
Mənbə: TRT haber
Fidan Fərhadlı