İsraildən ordusuna Qəzzadakı zorakılığı artırma təlimatı!

Bölmə: Dünya › ,
Tarix: 14:54 19.08.2024

İsrail hökumətinin Qəzza zolağında soyqırım müharibəsi  aparan İsrail ordusuna zorakılığı artırmaq  göstərişi verdiyi iddia edilib.

Walla news-un İsraildə verdiyi xəbərə görə, hökumətdəki siyasət  və təhlükəsizlik kabineti bu yaxınlarda İsrailin atəşkəs danışıqlarında mövqeyini gücləndirmək üçün Qəzza zolağında apardığı soyqırım müharibəsinin intensivliyini artırmaq üçün  orduya göstəriş verib.

İsrail rəsmiləri hələlik heç bir rəsmi açıqlama verməsə də, İsrail ordusunun xüsusilə Qəzza zolağının cənubunda hücumları artmaqda davam edir və geniş dağıntılara, eləcədə yüzlərlə fələstinlinin ölümünə və yralanmasına səbəb olur.

HƏMAS-dan qınaq:
Digər tərəfdən HƏMAS İsrailin atəşkəs və əsir mübadiləsi ilə danışıqlarda mövqeyini gücləndirmək üçün Qəzza zolağında qarşıdurmaların intensivliyini  artırmaq qərarını pisləyib.
HƏMAS siyasi bürosunun üzvü İzzət Ər-Rişk verdiyi yazılı açıqlamada, "Bu qərar Qəzza zolağında xalqımıza qarşı faşist hücumlarının  yenidən güclənməsinin və müdafiəsiz mülki insanları hədəf alan vəhşiliklərində israrların göstəricisidir" dedi.

Rişk ABŞ-ın İsrailə dəstəyinə və dünyanın bu soyqırım müharibəsinə qarşı səssiz məsuliyyətsizliyinə işarə edərək, "Bu qərar bütün dünyanı qətl və terrora susamış bu qatil sionist-nasist rejiminin (İsrail) reallığı ilə üz-üzə qoyur" fikrini yekunlaşdırıb.

Mənbə: TRT Haber
Fidan Fərhadlı