Tarixi körpünün üstünə ad yazdılar: İki turist rekord məbləğdə cərimələnə bilər

Bölmə: Dünya › ,
Tarix: 21:44 19.08.2024

İtaliyada 14-cü əsrə aid olan Ponte Vecchio körpüsünə adlarını yazan iki alman turistin rekord məbləğdə cərimələnə biləcəyi bildirilib.

İtaliyanın Florensiya şəhərindəki tarixi Ponte Vecchio körpüsünə adlarını yazan iki alman turistin 40 min avroya qədər cərimə oluna biləcəyi bildirilib. Ötən bazar ertəsi şəhərin simvollarından olan və İkinci Dünya Müharibəsi illərində belə zədələnməməsi ilə məşhur olan körpünün üzərinə qara flomasterlə adlarını yazan iki turist polisə yaxalanıb . 21 və 23 yaşlı Almaniya vətəndaşları polis bölməsinə aparılıb və barələrində qanuni tədbirlər görülüb.

Florensiya Bələdiyyəsi cinayət başında yaxalanan iki turisti "mədəni irsə vurulan zərərin qarşısının alınması ilə bağlı qanuna uyğun olaraq 40 min avroya qədər cərimə ilə üzləşdiyini" açıqlayıb.

Bələdiyyənin təhlükəsizlikdən məsul üzvü Andrea Giorgio, "Florensiyaya gələn hər kəs şəhərin abidələrinə və florensiyalılara hörmət etməlidir" dedi. Giorgio bildirib ki, bu halda presedent cəzası tətbiq olunacaq.

Mənbə: NTV Haber
Zeynəb Mustafazadə