Hindistan vasitəçi olmaqdan imtina etdi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/1688911_3.jpg)
Tarix: 22:58 19.08.2024
Hindistan Rusiya və Ukrayna arasında sülh danışıqlarında birbaşa vasitəçi olmaqdan imtina edib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Hindustan Times” yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır: “Hindistan Rusiya və Ukrayna arasında birbaşa vasitəçi ola bilməyəcəyini, lakin iki ölkə arasında mesajların ötürülməsinə kömək edə biləcəyini bildirdi.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modinin avqustun 23-də Ukrayna paytaxtına gözlənilən səfəri fonunda Dehli Moskva və Kiyev arasında “siqnalların ötürülməsinə” töhfə verəcək.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi Modinin Ukrayna və Polşaya səfər edəcəyini açıqlanıb. Nazirlik həmçinin baş nazirin səfərlərinin təfərrüatlarını açıqlayacaq mətbuat konfransı keçirəcək.
Banuçiçək Kalbalıyeva