Netanyahu İsrailin Qəzzada "qələbəyə daha yaxın olduğunu" iddia edib

Bölmə: Dünya › ,
Tarix: 20:10 20.08.2024

İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə Qəzzada əsgərlərini itirən ailələrin və atəşkəs razılaşmasına qarşı çıxan girov ailələrinin yaratdığı “Qvura” və “Tikva” forumları ilə görüşüb .

Burada çıxış edən Netanyahu İsrailin Qəzzadakı müharibədə “qələbəyə yaxınlaşdığını” və davam edən atəşkəs danışıqları zamanı girovların azad edilməsi üçün “səylər göstərdiyini” bildirib.

İsrail baş nazirliyindən verilən açıqlamaya görə, Netanyahu
görüşdə Qəzzanı ikiyə bölən Netzarim dəhlizindən, Qəzza zolağında və Misir sərhədindəki Filadelfi dəhlizindən "böyük təzyiqlərə baxmayaraq" çıxmayacaqlarını bildirib.

İsrailin baş naziri Netzarim və Filadelfi dəhlizinin İsrail üçün "hərbi və siyasi baxımdan strateji qazanclar" olduğunu müdafiə etdi.

Görüşdən sonra milli radio kanalına danışan oğlu Qəzzada əsir olan Zvika Mor Netanyahunun HƏMAS ilə razılaşmaya inanmadığını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken bu gün səhər saatlarında verdiyi açıqlamada İsrailin Qəzzada atəşkəs və girovların azad edilməsinə mane olan fikir ayrılıqlarının həlli təklifini qəbul etdiyini açıqlayıb.

Blinken HƏMAS-ı da təklifi qəbul etməyə çağırıb, lakin HƏMAS onlara təqdim edilən sonuncu atəşkəs razılaşmasının iyulun 2-də əldə olunan razılaşmaya zidd olduğunu bildirib.

HƏMAS çeviklik nümayiş etdirdiklərini, lakin İsrailin baş naziri Binyamin Netanyahunun razılaşmaya razı olmadığını qeyd edib.

Mənbə: NTV HABER
Elnurə Kərimova