İraqda terrorla mübarizə davam edir
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/3440518_7.jpg)
Tarix: 19:17 21.08.2024
İraqın şimalındakı Hakurk bölgəsində 7 PKK terrorçusu, Suriyanın şimalında isə Zeytun Budağı bölgəsində şəxsiyyəti müəyyən edilən 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
Milli Müdafiə Nazirliyi Şimali İraq və Suriyanın şimalında ümumilikdə 8 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin sosial media hesabında yayılan açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Qeyri-adi, sürətli və davamlı... Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində müəyyən etdikləri 7 PKK terrorçusunu, Suriyanın şimalındakı Zeytun Budağı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Mənbə: TRT Haber
Fidan Fərhadlı