Soyqırımı ört-basdır etmək" üçün İsraildən jurnalistlərə səfər
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/7584747_2.jpg)
Tarix: 20:32 21.08.2024
İsrail Fələstinlilərə qarşı soyqırımını gizlətmək üçün Qərb mediasını manipulyasiya edir.
"Britaniya məxfilikdən azad edilmiş dir" MediaQurum yaydığı xəbərlə bu faktı bir daha ortaya qoydu.
Məqalədəki iddiaya görə, yəhudi lobbisi iyun ayında 22 ölkədən jurnalistlər üçün İsrailə beş günlük səfər təşkil edib.
AvropaİsrailPress Association və American Middle East Press Association xərcləri qarşılayıb.
Səfər zamanı “The Spectator Newsweek” və “Sunday Express” kimi nəşrlərin müxbirləri İsrailin nöqteyi-nəzəri barədə məlumatlandırılıblar.
Jurnalistlər İsrail Kəşfiyyat Xidməti Mossad-ın keçmiş rəhbərlərindən biri olan Zohar Palti ilə bir araya gətirilərək, İsrail silah şirkətlərinin rəhbərləri və Qəzzada törədilən qırğında iştirak edən əsgərlərlə tanış edilib.
Jurnalistlər həmçinin İsraili Beynəlxalq Ədalət Məhkəməsində təmsil edən vəkil, Netanyahunun Likud partiyasının üzvü və İsrail-Livan sərhədindəki hərbi rəsmilərlə bir araya gətirilib.
Lakin jurnalistlərə fələstinlilərlə görüşə icazə verilməyib.
Jurnalistlərə Həmas-ın Qəzzadakı fəaliyyətini tənqid edən qərəzli məlumatlar verilib.
Səfərdə iştirak edən jurnalistlərin bəziləri ölkələrinə qayıtdıqdan sonra yazdıqları İsrailyönlü yazılarla yəhudi lobbisinin təbliğat fəaliyyətlərinin bir hissəsinə çevrildilər.
Mənbə: TRT Haber
Fidan Fərhadlı