İndoneziyada alpinistlər dağa dırmaşarkən vulkan püskürüb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/3847536_9.jpg)
Tarix: 22:27 21.08.2024
İndoneziyada Dukono vulkanı alpinistlər zirvəyə qalxarkən püskürüb. Alpinistlər olduqları yerdən qaçıblar.
İndoneziyanın Halmahera adasının şimalında alpinistlər aktiv Dukono vulkanının zirvəsinə qalxarkən partlayış baş verib .
Avqustun 17-də baş verən hadisə zamanı ətrafa səpələnmiş krater parçaları görünüb və qorxulu anlar yaşayan alpinistlər olduqları ərazidən qaçıblar. Partlayış nəticəsində vulkan təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü səpilib.
Partlayışdan sonra səmanı nəhəng tüstü buludu bürüyüb. Yerli mənbələrin məlumatına görə, alpinistlər xəsarət almadan xilas olublar.
Hadisə anının görüntülərini lentə alan Anak Esa açıqlamasında bunları deyib: “Dukononun vulkanik fəaliyyəti o qədər yüksək idi ki, kraterdən parçalar dağıldı. Zirvəyə qalxmazdan əvvəl küləyin istiqamətini, partlayışın nə qədər güclü olduğunu və digər amilləri müşahidə etməliyik.Şəraitlər uyğun olmayanda zirvəyə qalxmağa çalışmayın".
Dukono vulkanı 1993-cü ildən bəri kül və tüstü püskürür.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə