"Amerikan Foreign Affairs": İsrail sionizmin sonunu gətirəcək
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/8552459_2.jpg)
Tarix: 22:40 21.08.2024
Amerika mətbuatında “İsrail məhv və zorakılıq yoluna qədəm qoydu, bu sionizmin sonu olacaq” bəyanatı yer alıb. “Foreign Affairs” jurnalında çıxan məqalədə İsrailin getdikcə teokratik və ifrat sağçı olmağa başladığı və digər ölkələr tərəfindən kənarlaşdırılacağı vurğulanıb.
Soyqırımçı İsrail maskası düşdükcə Qərbdə tənqidlərin səviyyəsi artır.
"American Foreign Affairs" jurnalı "İsrail məhv və şiddət yolundadır" ifadəsi ilə Təl-Əvivi tənqid edib.
"BU SİONİZMİN SONUNU GƏTİRƏCƏK"
İsrailin getdikcə insan haqlarından uzaqlaşaraq daha teokratik və ifrat sağçı ölkəyə çevrildiyi vurğulanıb. Bildirilib ki, İsrail rəftarını dəyişməsə, sionizmin sonunu gətirəcək.
İlan Baron və İlai Saltzmanın yazdığı məqalədə İsrailin insanlığa qarşı cinayətlərindən bəhs edilirdi. Netanyahunun ölkəsini təhlükəli yola sürüklədiyi bildirilirdi.
Bildirilib ki, radikal yəhudilər getdikcə güclənir və bu siyasətlər cəmiyyətə yayılır.
MƏHBUSLARA QARŞI OLAN HÜCÜMLARDAN DA DANIŞILIB
İsrailin İordan çayının qərb sahilində törətdiyi vəhşiliklər və Sde Teiman həbsxanasında məhbuslara qarşı cinsi işgəncələrdən də bəhs edilib.
Bu cinayəti törədənlərin saxlandığı yerlərə israillilər tərəfindən onların cəzalandırılmaması üçün basqın edildiyi, cəza almalarının qarşısı alındığı xatırladılıb.
İnsanların getdikcə daha çox qanunun üstünə qalxdığı, ölkənin marginallaşdığı vurğulanıb.
Mənbə:En son haber
Aslanova Fatimə