17 vilayətdə terror təşkilatı DEAŞ-a qarşı əməliyyat: 65-i nəzarətə alındı
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/7718330_6.jpg)
Tarix: 12:42 23.08.2024
17 vilayətdə DEAŞ terror təşkilatına qarşı son 5 gündür davam edən "Gürz-9" əməliyyatlarında 65 şübhəli ələ keçirilib.
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.
İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla 17 vilayətdə əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilib.
Nazir Yerlikaya əməliyyatlar zamanı 65 şübhəlinin tutulduğunu açıqlayıb. O, terrorla mübarizədə qətiyyətli olduğunu vurğulayıb.
Yerlikaya, "Sevgili millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər sizin dualarınız və dəstəyinizlə çəkinmədən mübarizə aparacağıq" dedi.
Mənbə:Trt haber
Fidan Fərhadlı