Bu ölkə qadınlara qarşı yeni qadağalar tətbiq edir
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/9279460_1.jpg)
Tarix: 18:46 23.08.2024
15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban o vaxtdan bəri qadınların hüquqlarını məhdudlaşdırmağa davam edir. Talibanın yeni qadağaları ilə qadınların gündəlik həyatına yeni məhdudiyyətlər gətirildi.
Yeni qaydalara görə, qadının hər zaman ictimai yerlərdə bədənini və üzünü örtməsi məcburidir. Bildirilib ki, paltar nazik, dar və qısa olmamalıdır.
Talibanın yeni dərc etdiyi 114 səhifəlik təlimat siyahısında gündəlik həyatda bir çox məhdudiyyətlər var idi.
Bildirilib ki, kişilərin olduğu ictimai yerlərdə qadınların səsi eşidilməməlidir və buna görə də onlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağandır.
Bildirilib ki, qadınlara qan və ya nikah qohumluğu olmayan kişilərə baxmaq qadağan edilib.
Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınlara bir çox məhdudiyyətlər qoyulub. Məhdudiyyətlər çərçivəsində qadınların təkbaşına səfərə çıxması, qan qohumluğu olmayan kişi və qadınların bir yerdə olması qadağan edilib.
Mənbə: HABERTÜRK
Elnurə Kərimova