NATO-nun Almaniyadakı hava bazasında artan təhlükəsizlik səviyyəsi azaldılıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/8948446_5.jpg)
Tarix: 19:52 23.08.2024
Təşkilat və personal üçün mümkün riski minimuma endirmək üçün tədbirin alındığı ifadə edilən açıqlamada, "Bütün əməliyyatlar planlaşdırıldığı kimi davam edir" deyilib.
Geilenkirchendəki bazanın İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Kristian Brett səhər AA müxbirinə verdiyi açıqlamada, söz mövzusu riskin təfərrüatlarına toxunmadan təhlükəsizlik səviyyəsinin daim qiymətləndirildiyini bildirib.
Şəxsi heyət ehtiyat tədbirləri çərçivəsində evlərinə göndərilib, lakin hava hərəkəti davam edib.
NATO-nun “gözü göydə” olan NATO AWACS (Havadan Xəbərdarlıq və Nəzarət Sistemi) müşahidə qabiliyyəti ilə müttəfiqlərin hava məkanını qoruyur.
Mənbə:HABERTÜRK
Elnurə Kərimova