"Makron ona verilən siyasi sifarişləri uğurla yerinə yetirəcək"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:16 23.08.2024

"Emmanuel Makron artıq 2-ci dönəm prezidentlik dövrünü yaşayır. Ona görə də növbəti prezident seçkilərində iştirak edə bilməyəcək. Yəni bu onun son dönəmidir".

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Natiq Miri söyləyib. O, bildirib ki, Fransa qanunlarına görə heç kim ardıcıl olaraq 2 dəfədən çox Fransada prezident vəzifəsinə təyin edilə bilməz:

"İstər Avropa parlamentinin seçkilərində, istərsə də Fransada parlament seçkilərində Emmanuel Makron və onun siyasi partiyası məğlub oldu. Bütün buna rəğmən bir çox Avropa ölkələrində hökumət başçıları istefa verdilər. Ancaq Makron o şəxslərdən deyil. İndiki vəziyyətdə də parlament seçkilərində iştirak edən və  müəyyən səs çoxluğu qazanan partiyalara  yeni manipulyasiyalar etməklə onların nümayəndələrinin hökumət başına keçməsini hər cəhdlə əngəlləməyə çalışır. Yəni bu adam manipulyatordur. Müstəqil bir şəxs də deyil. Çünki Makron konkret qlobal maliyyə şəbəkələrinin bu vəzifədə oturduğu bir "alət"dir. Bu baxımdan onlar istəməyənə qədər Makronun dövlət başçısı vəzifəsindən vaxtından əvvəl istefa verməsi mümkün deyil".

Natiq Mirinin sözlərinə görə, istər sosial, istər siyasi, istər iqtisadi sahədə, istər geosiyasətdə Makaronun heç bir uğuru yoxdur:

"Ancaq buna rəğmən qlobal maliyyə şəbəkələri bu uğursuzluqlara baxmayaraq, Makronu ikinci dönəm də Fransa prezident kreslosunda oturda bildilər. Bu axırıncı dönəmdir. Bununla da Makronun siyasi zirvəsi sona çatacaq. Makronun siyasi səriştəsizliyi Fransanın siyasi statusunu dəyişməyəcək. Çünki Avropa birliyində lokomotiv olaraq 2 ölkə var. Bunlardan biri Almaniyadır, digəri isə Fransadır. Hər zaman bu 2 ölkə hər zaman rəqabətdədirlər. Makronun dönəmindən sonra Fransa özünün dominant mövqeyini saxlamağa çalışacaq. Çünki Fransa elə ölkələrdən deyil ki, bir şəxsin hakimiyyətdə olması ilə  tamamilə dağılıb parçalansın. Amma hər halda Fransanın uğursuzluqları bütün dünya dövlətlərinə və eyni zamanda Avropa birliyinə və onun rəhbərliyinə də bəllidir. Bu da müəyyən mənada zaman-zaman hətta NATO ilə müttəfiqlərinə də baş ağrısı gətirir. Ancaq yenə də etidarlı yanaşma imkan verir ki, Makron ona verilən siyasi sifarişləri uğurla yerinə yetirsin. Çünki bəzən uğursuzluqların özü də müəyyən qlobal maliyyə şəbəkələri üçün sözün əsl mənasında uğur sayılır.

Aləmzər İbrahimova