Bayden Zelenski ilə danışıb

Bölmə: Dünya › ,
Tarix: 23:32 23.08.2024

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Amerika lideri Zelenskini 24 avqustda qeyd olunan Ukraynanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib. Söhbət zamanı o, Amerikanın “Ukrayna xalqına sarsılmaz dəstəyini” ifadə edib.

"Onlar hər gün həm ölkələrimizdə, həm də bütün dünyada insanları birləşdirən dəyərləri, o cümlədən müstəqilliyi müdafiə edirlər".

Bayden Ukraynaya yeni hərbi yardım paketinin məzmunundan da danışıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş Co Baydeni Ukrayna ilə bağlı strategiyanı açıqlamaqdan qorxmaqda ittiham edib.  O əlavə edib ki, Kiyevə dəstəyi müdafiə edənlər “bunu kor-koranə etmirlər”.

Banuçiçək Kalbalıyeva