"Boşanmaq evlənməkdən daha çox xeyir gətirir..."-Samirə Bağırova
Bölmə: Sosial › ,Tarix: 18:33 26.08.2024
"Əgər boşanmaq ölkəyə böyük ziyan gətirsəydi, buna qarşı dərhal tədbir görülərdi. Təbliğat güclüdürsə, demək ki, boşanmadan gəlir çoxdur, yaxud idarəçilik sistemi asanlaşır".
Bu sözləri "informator.az"a açıqlama psixoloq Samirə Bağırova söyləyib. Onun sözlərinə görə, boşanmaq evlənməkdən daha çox dövlətə xeyir gətirir:
"Hələ boşanma öncəsi heç bir faydası olmayan Mediasiya şurası yaradılıb ki, əvvəllər 50 azn idi, indi onun da qiyməti qaldırılıb. Boşanmağa müraciət edən sağlam cütlüklər zatən psixoloqa bir neçə seans müraciət edirlər. Bir müddət sonra əgər yenə bir araya gələ bilmədikləri təqdirdə boşanma qərarı verirlər. Mediasiya isə seans keçmir. Sadəcə sual verir və suala cavab üçün ödəniş tələb edir. Ayrıca olaraq, mülk bölgüsü, vəkil xərcləri və s. ölkənin içində pul dövr edir.
Dünya statistikasına görə abort və boşanmaya görə Azərbaycan ön sıralardadır. Abort savadsızlıq və cahilliyin, boşanma isə milli bə mənəvi dəyərlərin yox olmasının göstəricisidir".
Fidan Fərhadlı