Məşhur məşqçi Sven-Qoran Eriksson dünyasını dəyişib

Bölmə: Dünya › ,
Tarix: 21:33 26.08.2024

Dünyaca məşhur isveçli məşqçi Sven-Qoran Eriksson xərçəng xəstəliyindən dünyasını dəyişib. Uzun müddətdir xərçənglə mübarizə aparan Eriksson 76 yaşında vəfat edib.

Yanvar ayında mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan Eriksson "Ən yaxşı halda 1 il ömrüm qalıb" ifadəsi ilə yaxınlarını üzdü.
Eriksson son müsahibəsində vida olaraq aşağıdakı ifadələrdən istifadə etdi:

"Ümid edirəm ki, məni əlindən gələni etməyə çalışan pozitiv insan kimi xatırlayırsınız. Üzülməyin, gülümsəyin. Hər şey üçün təşəkkür edirəm, məşqçilər, oyunçular, tamaşaçılar, əla idi. Özünüzə və həyatınıza diqqət yetirin. Əlvida..."

Sven-Qoran Eriksson, məşqçilik karyerasında; “Benfika”, “Roma”, “Fiorentina”, “Sampdoriya”, “Latsio”, İngiltərə Milli Komandası, “Mançester Siti”, “Lester Siti” kimi önəmli klublarda çalışıb.
Eriksson Frenk Lempard, Stiven Cerrard, Rio Ferdinand və Con Terri kimi ulduzların yer aldığı əfsanəvi İngiltərə Milli Komandasının məşqçisi olub və Adanın ən məşhur məşqçilərindən birinə çevrilib.
Məşhur məşqçi son olaraq İsveçin 3-cü Liqa komandası İF Karlstadın idman direktoru olub. Eriksson səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli