İfrat həddə çatan boşanmalar: Səbəb nədədir?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 09:07 27.08.2024
Son illərdə boşanmalar ifrat həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.
Məsələnin psixoloji tərəfləri ilə bağlı psixoloq Aygün Cəfərova "informator.az"a açıqlamasında bildirib ki, boşanmaların səbəbləri bir çox səbəblər ola bilər:
"Bunun üçün ümumi səbəb olaraq deyə bilərik ki, hər iki tərəfin dəyərləri üst-üstə düşürmü?Araşdırsaq, görərik ki, tərəflərdə uyumlu olmayan çatışmazlıq var. Başqa cür isə göstərə bilərik ki, burada maddi və məişət problemləri də var. Təbii ki bu, bütün ailələrə təsir etmir, bunların öhdəsindən gəlməyi bacaranlar da var. Ailə qurmazdan öncə gənclər düşünməlidirlər ki niyə evlənirəm?Ailə qurmağın məsuliyyətini dərk edirəmmi? Mən özüm xoşbəxtəmmi? Ailə quracağım insanla xoşbəxt olacağammı"?!
Fidan Fərhadlı