Ciddi problem: "Taksilərin sayı artıb, dayanacaqlar azalıb..."-RƏY
Bölmə: Sosial › ,Tarix: 18:35 28.08.2024
Bakının bəzi küçələrində hələ də taksilərin dayanması üçün zolaq yoxdur. Taksilər dayanma yeri tapmadıqları üçün əziyyət çəkirlər. Həmçinin bildirirlər ki, məcbur olub başqa yerdə də dayananda cərimə olunurlar. Problemin həlli üçün hansı addımlar atılmalıdır? Niyə həmin yollarda heç saxlama üçün boşluq qoymayanlar yox, məcbur qalan taksi sürücüləri cərimələnir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Elməddin Muradlı bildirir ki, taksilərin dayanması üçün yerlərin müəyyən edilməsi çətin problemlərdəndir:
"Bunun üçün aidiyatı qurumlar tezliklə həlli tapmalıdır. Taksi parkları satılıb, yerində binalar, digər kommunikasiya binaları tikilib. Bu gün isə bu sahədə ciddi problemlər var. Taksi dayanacaqlarını başqa avtomobillər tutur. İndiki dövrdə taksilərin sayı artıb, dayanacaqların sayı azalıb. Bu gün gündəmdə olan məsələlərdən biridə taksilərin müştəriləri mindirib düşürmələri üçün avtobus zolağlarında hərəkət edə bilməsidir".
Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edir ki, taksi dayanacaqları olmalıdır. Dayanacaqlar olmayan yerlərə taksilərin giriş çıxışı dayandırılmalıdır:
"Yaxşı olar ki, avtomobil sifariş edərkən avtomobil parklanma yerlərində sifariş etsinlər. Taksi sürücülərinin avtomobillərinin üzərində sari rəngli fənər olmadığı üçün Dövlət Yol Polisi əməkdaşları onları müəyyən etməkdə çətinlik çəkirlər. Taksi dayanacağının olmaması aktual problemlərdəndir. Vaxtilə Bakıda taksi dayanacağları, parklanma yerləridə tikilib. Yaxşı olarki hər kəs öz növbəsində buna ənəl etsin".
Fidan Fərhadlı