“İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 14:17 26.08.2024

Sumqayıt şəhərində Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib.

Bu barədə “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyin sədri Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov, Abşeron-Xızı RMF Təhlil və Tərəfdaşlarla iş şöbəsinin baş mütəxəssisi Telman Quliyev, KOBİA–Sumqayıt şəhər üzrə Agentliyin nümayəndəsi Xəyal Məmmədzadə və Sumqayıt şəhər ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında geniş məlumat verdi. O, həmçinin qeyd etdi ki, bu günkü tədbirimiz Sumqayıt şəhərində məskunlaşmış Qubadlı yaronundan məcburi köçkün düşmüş vətəndaşların maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır.

Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında hazırladığı maarifləndirici məlumatları təqdim etdi. O, həmçinin qeyd etdi ki, əsas məsələ burada icma quruculuğudur. İcma quruculuğunun özəyi məşğulluq məsələləri və burada azad edilmiş ərazilərdə məşğulluq siyasətinin formalaşması istiqamətində bir sıra qurumlar paralel olaraq fəaliyyət göstərir. Nazirlər Kabinetinin strukturuna daxil olan əksər qurumların iştirakşılığı ilə bölgələrə köçürülən əhaliyə iş yerinin tapılması, iş yerinin təmin edilməsi məsələsi komissiyalar çərçivəsində müzakirə olunur, təbii ki, burada əsas funksiyalar, səlahiyyətləri çərçivəsində ƏƏSMN və onun ayrı-ayrı strukturları o cümlədən DMX-nin üzərinə düşür və digər tərəfdən təbii ki, İqtisadiyyat Nazirliyi o cümlədən də onun strukturları, KOBİA və bununla belə hətta aidiyyətı olmayan, məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yaxud da Turizm Agentliyinin bu sahədə öz səlahiyyətləri çərçivəsində məşğulluğa öz töhvəsini verməsi ilə bağlı tələblər vardır və təbii ki, müxtəlif varianlar üzərində işlər gedir və müxtəlif təkliflərlə çıxış edir. Məsələn, bu təkliflərdən biri də, ərazilərdə fəaliyət göstərən müəssilərə münasibətdə kvotalar və yaxud da qeyr-rəsmi tələblər müəyyən edilsin ki, köçürülmüş əhalinin məşğulluğuna töhfə verilsin. Bunun üçün boş iş yerlərinə həmin insanların cəlb ediməsinə çalışsın.

Qubadlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov öz çıxışında Qubadlı rayon icra başçısı Malik İsaqovun tədbir iştirakçılarına salamalrını çatdıraraq qeyd etdi ki, Qubadlı rayonu əhalisinin sayının az olmasına baxmayaraq ən çox şəhid vermiş rayonlardan biridir. 7 iyun 2021-ci il  tarixdə cənab Prezidentin imzaladığı fərmana əssasən iki iqtisadi rayonlardan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon yaradıldı.  Qubadlı rayonu da Şərgi Zəngəzur rayonuna daxildir. Qubadlı rayonu yeganə rayondur ki, əhalinin köç prosesi başlanılmayıb və rayonun ilkin mərhələsində iki kəndində quruculuq və bərpa işləri aparılır. Vətəndaşlar və kiçik sahibkarlar səyyar qəbullara dəfələrlə gələrək müxtəlif təklif və fikirlərini cənab başçıya çatdırmışdır. Qubadlı rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində əhalinin köç və köçdən sonrakı proseslərlə işlərlə bağlı işlər görülür.

Tədbirə dəvət olunmuş Abşeron-Xızı RMF Təhlil və Tərəfdaşlarla iş şöbəsinin baş mütəxəssisi Telman Quliyev, KOBİA-Sumqayıt şəhər üzrə Agentliyin nümayəndəsi Xəyal Məmmədzadə də öz çıxışlarında DMA və KOBİA-nın bu istiqamətdə gördüyü işlər haqqında geniş məlumat verərək, tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.    

Sonda layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirdə Qubadlı rayon məcburi köçkünlərlə görüşün təşkil edilməsində dəstək göstərən Qubadlı rayon İcra Hakimiyyətinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.