Qəbul ola bilməyən abituriyentlər niyə xaricə üz tutur?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:01 30.08.2024
Bu il qəbul imtahanlarından 27227 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Qəbul ola bilməyən abituriyentlərin əksəriyyəti isə xarici universitetlərə üz tutur. Bu universitetlərə qəbul çox asan yolla baş verir. Sadəcə bir sənədlə abituriyentlər xaricdə oxuya bilirlər.
Maraqlıdır, qəbul ola bilməyən abituriyentlər niyə xarici universitetlərə üz tutur?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Muradov "informator.az"a açıqlama verib. Ekspert bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə-universitetlərə qəbul olmaq aşağı bal toplayan abituriyentlər üçün çətin məsələdir:
"150 bal toplayan abituriyentlərin 90%-i bu il kəsildi. 150 baldan aşağı toplayan abituriyentlər ümumiyyətlə seçim edə bilmədilər. Atestat üsulu ilə də heç bir təhsil müəssisəsinə müraciət etmək olmur. Ona görə də abituriyentlər, xüsusilə də oğlanlar 1-ci universitet oxumaq üçün, 2-ci əsgərlik məsələsi ilə bağlı problem həll olunsun deyə, xarici universitetlərə üz tuturlar. Atestatla müraciət edən abituriyentlərə 100% qəbul gəlir. Ona görə də abituriyentlər hər hansı maddiyyat qarşılığında müxtəlif təhsil şirkətləri ilə bu işi həyata keçirirlər. Halbuki ölkəmizdə bu məsələ ilə bağlı müəyyən layihə hazırlansa, xarici univetsitetlərə qoyulan investisiyalar öz ölkəmizdə qala bilər. Onun üçün yaxın gələcəkdə bu məsələ ilə bağlı program hazırlanır".
Zeynəb Mustafazadə