Yuxular gerçək yaşantımıza təsir edirmi?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:27 30.08.2024

Bir çox insanlar gecə gördüyü yuxulardan çox təsirlənir. Hətta bütün günü yuxunun yozmasını araşdırıb tapmağa çalışırlar.
Bəs yuxular gerçək yaşantımıza təsir edirmi?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Elmir Əkbər bildirir ki, bir qrup insanlar ümumiyyətlə yuxularına çox bağlıdırlar:

"Amma təbii ki, yuxuların kor-koranə yozumu tamamilə qeyri-elmi və heç bir əsası yoxdur. Yuxuların psixoanalizi var. Ziqmund Freyd və Karl Qustav Yunqun təklif etdiyi 2 fərqli yuxu psixoanalizi mövcuddur.  Biz o analiz zamanı insanın həyatında nələr baş verdiyini bilirik. Yəni yuxular əslində insanın həyatından, şüuraltısından xəbər verir. Ziqmund Freydin belə bir fikri var ki, yuxu insanın şüuraltısına gedən şah yoldur.
Ona görə yuxuları düzgün analiz etməklə insanın hətta şüurunda bilmədiklərini öyrənə bilərik. Və bunları düzgün analiz etdikdən sonra praqnoz etməkdə daha asan olar.
Məsələn bir adam bir adamı sevdiyini düşünür, lakin yuxusunun analizi nəticəsində psixoterapevtə bəlli olur ki, bu sevgi deyil başqa bir bağlılıqdır".

Həmçinin psixoloqun sözlərinə görə, yuxulara bu qədər bağlı olmaq insanların həyatında bəzən çox böyük fəsadlar yaradır:

"Camaat yuxuya görə qərar verir və ya yuxuya görə səfərə çıxır ya çıxmır. Bu isə insanların çox vaxt yalnış qərar almasına gətirib çıxarır.
Bir qrup insanlarda var ki, yuxularının həmişə çin çıxdığını deyir. 100 yuxudan birinə bənzər bir hiss yaşayırlar və onunla elə bilirlər ki, o yuxu düz çıxır. Sonrada  yozurlar ki, helə bütün yuxularım çin olur. Mən isə onlara təklif edirəm ki, bir dəftəri yastığın yanına qoysunlar və hər gün yuxusunu yazsınlar. Və nəticədə görürlər ki, heç də həmişə yuxuları çin çıxmır".

Elnurə Kərimova