Valideynlik hüququndan məhrum olunan şəxs aliment ödəməlidir ?-RƏY
Bölmə: Sosial › ,Tarix: 16:06 02.09.2024
Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər. Əks tərəfin uşağı tək saxlamaq imkanı yoxdursa, valideynlik hüququndan məhrum olunan şəxs aliment ödəməlidir ?
Bu barədə "İnformator.az"a açıqlama hüquqşünas Sahib Məmmədov bildirib ki, valideynlik hüququndan məhrum etmək valideyni öhdəliklərdən azad etmir:
"Övlad qarşısında öhdəliyi qalır. Alimenti verməlidir. Valideynlik hüququndan məhrum edilmiş şəxs alimenti ödəmək istəmir. Bu, səbəbdən də alimenti ödəməkdən boyun qaçırır, yayınır, gizlənir. Qanunvericiliyə görə valideynlik hüququndan məhrum edilmiş valideyn 18 yaşına qədər alimenti ödəməlidir. 18 yaşına qədər uşağa aliment verməlidir. Bütün hallarda öhdəliklər qalır".
Nigar Səmədli