Taksi sürücüləri üçün növbəti imtahan: Faydaları nə olacaq?-RƏY
Bölmə: Sosial › ,Tarix: 17:32 03.09.2024
Dövlət İmtahan Mərkəzi oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.
Təhsil eksperti Qoşqar Məhərrəmov "informator.az"a açıqlamasında deyib ki, hər bir imtahan insanlar üzərində stres yaradır:
"Nəzərə almalıyıq ki, imtahan minimal standartlar yaradır. İmtahana hazırlaşan insanlar müəyyən nəzəri biliklər öyrənir. Düşünürəm ki, xüsusilə taksi sürücüsü sahəsində keçirilən imtahanlara ehtiyac var. Çünki bəsit məlumatları belə bilməyən insanlar həmin biliklərkə bağlı peşələri icra etməyə çalışır. İşlərdə keyfiyyət standartları olması üçün imtahanların olması lazımdır. İmtahanlar taksi şirkətlərinə, xidmətin keyfiyyətinə müsbət təsir edəcək. Uzun zaman intervalında bu müsbət cəhətləri görəcəyik".
Zəhra Həsənova