Aqressiya və zorakılığın yaranma səbəbləri: Həll yolu nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:13 03.09.2024

Müasir dövrdə aqressiya ve zorakılıq keçmişlə müqayisədə daha çox müşahidə olunur. Həmçinin artıq insanlar öz əsəblərini idarə edə bilmir və sonda bu əsəb xoşagəlməz hadisələrlə nəticələnir.

 

Aqressiya, zorakılıq hansı səbəbdən yaranır və çıxış yolu nədir?

 

Mövzu ilə bağlı ailə və uşaq psixoloqu, klinik psixoloq Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, hər bir aqressiyanın hər bir zorakılığın əsasında travmalar dayanır:

 

"O travmalar ki, bunlar uşaqlıqdan basdırılmış hisslərdir. Məsələn, fiziki zorakılığa məruz qalan uşaqlar böyüdükdə mütləq şəkildə qarşı tərəfə zorakılıq göstərirlər və eyni zamanda fiziki şiddət adi hala gəlir. 

Bir halda ki, uşaq valideynləri tərəfindən fiziki şiddətə məruz qalırsa, mütləq şəkildə bir neçə ildən sonra bunu norma kimi qəbul edir. Eyni zamanda bu uşaq öz yaşıdlarına qarşı da fiziki şiddət göstərməyə meyilli olur. Çünki, ailədə özü hələ uşaqkən fiziki şiddət gördüyündən bir müddətdən sonra bunu normal qəbul edir. Həmçinin davranışlarında da bunu normal olaraq sərgiləyir.

Valideynlər aqressiyanın, zorakılığın əlamətini uşaqda müşahidə edirlərsə, mütləq şəkildə mütəxəssislər, nevroloq həkimlərə müraciət etməlidir. 

Uşaqkən, yeniyetməykən müalicə olunmalıdır ki, yetkin yaşa çatdıqda həm özləridə bundan əziyyət çəkməsinlər, həm də qarşı tərəfədə əziyyət verməsinlər".

 

 

Elnurə Kərimova