"İran su bulandırmaq üçün bu cür bəyənatlar verir"-Natiq Miri
Bölmə: Siyasət › ,Tarix: 15:54 04.09.2024
"Rusiyanın dövlət marağı həmişə hər şeydən üstün olub. İran-Rusiya münasibətlərində bu gün Rusiyanın müəyyən mənada İranın hərbi cəhətdən dəstəyinə ehtiyacı var. Ona görə də Rusiyanın bu mövqedə münasibətlərinin dəyişəcəyini düşünmürəm".
Bu sözləri "informator.az"a açıqlamasında Natiq Miri söyləyib. Şərhçinin sözlərinə görə, İran yalnız boğazdan yuxarı məlumatlar verir:
"Azərbaycan və Ermənistan arasında danışıqlar kontekstində Zəngəzur dəhlizinin açılması razılaşdırılarsa, İranın edə biləcəyi heçnə yoxdur. Bunu bütün dövlətlər bilir. Çünki Ermənistan bu qərarı təkbaşına verəcək suveren dövlət deyil. Onu buna təhrik edən Qərb denyası, ABŞ kimi hegemon dövlətlərdir. Ayrıca İran heç bir zaman türk düşmənçiliyi fonunda Ermənistanla münasibətlərini pozmaq istəməz. Bu prosesə hansısa cəhətdən İranın müdaxiləsidə mümkün deyil. Sadəcə su bulandırmaq üçün zaman-zaman bu cür bəyanatlar verilir. Bu görüşün Azərbaycan-Ermənistan münasibətlərinə heç bir təsiri yoxdur. Çünki Nikol Paşinyan hökuməti pzünün strategiyasını İranla müəyyənləşdirmir".
Fidan Fərhadlı