Məişət tullantılarının qarşısını almaq üçün hansı addımlar atılır?-RƏY
Bölmə: Sosial › ,Tarix: 10:54 05.09.2024
Paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur. Son zamanlar nəyinki insanların, parklarda ətrafın zibillənməsi hətta nəqliyyat vasitələrindən də bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir.
Bəs bununla bağlı hansı tədbirlər görülür?
Mövzu ilə bağlı Ekoloq Amin Məmmədov "informator.az"a açıqlamasında bildirib ki, bu məsələylə bağlı son vaxtlar çox müraciətlər olub:
"Parklarda həmçinin nəqliyyat vasitələrindən atılan tullantılara həmişə rast gəlinir.
Bununla bağlı yol hərəkəti haqqında qanunda da qeyd olunub ki, nəqliyyat vasitələrindən bayıra atılan məişət tullantılarına görə cərimə tətbiq olunur. Sadəcə olaraq bunu daima izləmək mümkün olmur. Nəyinki parklarda, həmçinin çimərliklərdə belə, dincəlməyə gedən insanlar zibilləri ətrafa atırlar. Ekologya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə təmizlik aksiyaları keçirib. Lakin bunun qarşısını almaq çox çətindir. Bu yay böyük tətbirlər görüldü, böyük lövhələr asıldı, 1000 manata kimi cərimə tətbiq olundu.
Amma biz ancaq maarifləndirməklə çalışırıq ki, bunun qarşısını alaq.
Əsasən, gənclər arasında çoxlu seminarlar, tədbirlər keçirilir".
Elnurə Kərimova