Fənərbaxçadan Cristian Medina ilə bağlı açıqlama: Masanın üstünə pul qoyurlar, bizi məcbur edirlər!

Bölmə: İdman › ,
Tarix: 18:41 06.09.2024

Avropa Liqası üçün heyətini UEFA-ya açıqlayan "Fənərbaxça"da qızğın irəlləyişlər yaşanır. 8 nömrəli transferə can atdığı sarı-göylü komandanın gündəmində "Boka Xuniors"da çıxış edən Cristian Medina olub. Argentina yığmasından gənc futbolçu üçün diqqətçəkən açıqlama gəlib.

Trendyol Super Liqasına 4-də 3 ilə başlayan və 9 xal toplayan "Fənərbaxça" aktiv günlər yaşayır.
Avropa Liqası üçün heyət siyahısını UEFA-ya təqdim edən sarı-göylülər üçün davam edən transfer dönəmində 8 nömrəli gücləndirmə gündəmdədi.
"Boka Xuniors"dan Cristian Medinanı heyətinə qatmaq istəyən və Argentina komandası ilə danışıqlar aparan "Fənərbaxça" üçün diqqətçəkən açıqlama gəldi.

Sarı-göylü komandanın təklifi ilə bağlı danışan Serna, "Hələ dəqiq bir şeyimiz yoxdur. Bir çox söz-söhbət var. Bəzi ölkələrdə hələ də transfer bazarının açıq olması bizə meydan oxumağa davam edir. Çünki bizdə hələ də dəqiq bir şey yoxdur. Stolun üstünə pul qoyub oyunçularınızı alırlar, çətin vəziyyət ola bilər, amma oyunun qaydası budur. Medinanin bizimlə qalacağına və parlayacağına əminik" dedi.

Digər tərəfdən Minuto Uno-nun xəbərinə görə, Boca Juniors prezidenti Juan Roman Riquelme Argentinada Medina ilə görüşəcək.
Riquelmenin gənc ulduz namizədi komandada saxlamağa çalışacağı iddia edilərkən, Medinanin Fənərbaxçaya gedərək təklifin qəbul olunmasını istəyəcəyi qeyd edilib.
Boka Xuniors infrastrukturunda böyüyən və A Komandası ilə 155 matça çıxan 22 yaşlı futbolçu 9 qol vurub, 11 məhsuldar ötürmə edib.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli