Lukaşenko yaxın zamanda Putinlə görüş və Çinə rəsmi səfər elan edir
Bölmə: Dünya › ,Tarix: 22:10 23.12.2024
Belarus Prezidenti Aleksandr Lukaşenko ilin sonuna qədər Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini və Çinə rəsmi səfər edəcəyini elan edib. Bu barədə Belarusun BelTA xəbər agentliyi bazar ertəsi məlumat yayıb.
“Cəmi bir neçə gün sonra Vladimir Putinlə görüş keçirəcəyəm. Görüşdə bizim səviyyədə müzakirə olunması zəruri olan bütün məsələlərə toxunacağıq” – deyə Lukaşenko Belarusda mexaniki mühəndisliyin inkişafı mövzusunda keçirdiyi toplantıda bildirib.
Belarus lideri qarşıdakı ilin bir sıra səbəblərə görə çətin keçəcəyini vurğulayıb.
“Ənənəvi bazarlarda mövcudluğumuzu dərinləşdirməliyik. Bu səbəbdən də Oman, BƏƏ və qarşıdakı Çin səfərləri kimi səfərlər həyata keçirilir” – Lukaşenko bildirib.
Rusiya Federasiyasının ikinci ən böyük şəhəri Sankt-Peterburq 25-26 dekabr tarixlərində MDB (Müstəqil Dövlətlər Birliyi) liderlərinin qeyri-rəsmi görüşünə və Ali Avrasiya İqtisadi Şurasının iclasına ev sahibliyi edəcək.
Mənbə: ITAR TASS
Zəhra Məmmədova