Rusiya-Ukrayna müharibəsi: Türkiyə necə siyasət yürüdür?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 10:16 11.09.2024

2 ildən çoxdur ki, Ukrayna və Rusya arasında "Krım torpaqları" üzərində müharibə gedir. ABŞ, Fransa və digər Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləyərək Rusyaya qarşı sanksiyalar tətbiq etdi. Eyni zamanda dünya siyasətində böyük rol oynayan dövlətlərdən biridə Türkiyədir. Bəs, Türkiyənin bu müharibədə rolu nədən ibarətdir?

Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Elmir Səftərovun sözlərinə görə, sözügedən müharibənin tərəfləri müəyyənləşsə də, Türkiyənin digər Şimali Atlantika Müqaviləsi Təşkilatına(NATO) üzv ölkələrindən daha ehtiyatlı və neytral davranır:

"Rusiya ilə normal əməkdaşlıq əlaqələrini davam etdirərək beynəlxalq hüquqa uyğun şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, ona müxtəlif silahlar satdı. Müharibə mərhələsində Türkiyə bütün təzyiqlərə baxmayaraq, Rusiya qarşı hər hansı cəbhə açmadı. Bu mühüm tarazlıq elementi Türkiyənin hər iki ölkə ilə sülh danışıqlarında ünsiyyətini artırır və tərəflərin etibarını qazanır.
Türkiyə, həmçinin tərəflər arasında  öz ərazisində vasitəçilik etməyə də çalışıb.
Bundan əlavə, Türkiyə müharibə başlayandan bəri enerji təhlükəsizliyi ilə bağlı əhəmiyyətli işlər görür. Türkiyə Rusiya-Ukrayna müharibəsi zamanı əsir mübadiləsində də fəal rol oynayır. İki ölkə arasında məhbus mübadiləsi Türkiyə vasitəsilə həyata keçirilib.
Rusiya-Ukrayna müharibəsi zamanı Türkiyənin digər mühüm diplomatik nöqtəsi Taxıl Dəhlizi idi. Bu da minlərlə ton taxılın dünya bazarına çıxmasına yol açdı.
Bu prosesdə Türkiyə Qara dəniz təhlükəsizliyi, enerji təhlükəsizliyi və humanitar məsələlərdə
mühüm rol oynamağa davam edəcək".

Fidan Fərhadlı