Azərbaycanda ankaloji xəstəliklər sürətlə artır: Səbəb nədir?

Bölmə: Sosial › ,
Tarix: 23:14 18.09.2024

 

"Bu gün artıq ankoloji xəstəliklər epidemiya halını alıb. Bu xəstəlik təkcə Azərbaycanda deyil dünyada da sürətlə artmaqda davam edir".

 

Bu sözləri "informator.az"a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib. Həkim xəstəliyin yaranmasının əsas səbəblərindən bəhs edib:

 

"Bu gün ekoloji baxımdan çox çətinliklər yaşayırıq. Ətraf regionlarımızda müharibələr, atışmalar və s. ekologiyamıza zərər verir. Son dövrlər Bakıda dumanlı hava şəraiti bronx-ağciyər, ürək-damar xəstəliyi olan insanlara nə qədər ziyan vurdu. İkinci yerdə qida faktorudur. Hər birimiz çalışırıq ki, təmiz kərə yağı alaq, qəbul edək. Amma bu gün onu tapmaq olmur. Adicə buğdadan hazırlanmış çörəyin dadı belə hiss olunmur. Bu gün Bakıda, bölgələrdə dönərxanaların sayı durmadan artır, bu bəzi insanların biznes mənbəyidir. Amma insanlar məhv olub gedir. Broller toyuqlardan hazırlanmış qidalar, əsasən də bu qidalara uşaqlar meyilli olurlar. Onlar təbii süd, qaymaq, pendir, şor yemirlər. Daha çox fastfood yeməklərinə meyilli olurlar. Ona görə də uşaqlar arasında digər xəstəliklər, o cümlədən hormonal pozğunluqlar, böyüklər arasında isə ankoloji xəstəliklər yayılıb. 

 

Digər bir faktor stress faktorudur. Hər birimiz işdə, evdə, küçədə stresləri yaşayırıq və bunlar kifayət qədər insan orqaniziminə,maddələr mübadiləsinə mənfi təsir eliyir. Ankoloji hüceyrələr isə insan orqanizimində ümuntet düşən kimi aktivləşir".

 

Mehriban Nəsibova