Kişilər qadınlardan daha ağıllıdır?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:39 25.09.2024
Kişilərin qadınlardan daha ağıllı olduğunu iddia edən insanlar az deyil. Bu düşüncəyə səbəb olaraq isə böyük nailiyyətlərin, elmi kəşflərin əksəriyyətinin kişilərə aid olduğunu göstərirlər.
Bəs bu məsələnin psixoloji tərəfi necədir?
Bu barədə "İnformator.az"a danışan Ailə və Uşaq psixoloqu bildirib ki, bütün insanların psixoloji cəhətdən düşündükləri, özünüqorumaları, müdafiə mexanizmləri eynidir:
"Sadəcə olaraq qadınlarda, hisslər, emosiyalar daha yüksəkdir. Qadınlar hər bir şeyə hissiyyatla yanaşırlar, kişilər isə məntiqi yanaşırlar. Qadınlarda ən çox beynin sol yarımkürəsi işləyir, kişilərdə isə sağ yarımkürə daha çox çalışır. Məntiqi çalışmalarda bəzən kişilərin üstünlüyünü insanlarda şahmatda, digər oyunlarda qiymətləndirirlər. Qadınların verdiyi versiyalar daha versiyalı, daha düzgün olur. Qadınların ana olmaq xüsusiyyəti olduğuna görə onlar daha çox hissiyyatla yanaşırlar, hissləri, duyğuları daha çox üzdədir, eyni zamanda məsuliyyət cəhətdən də, qadınların məsuliyyəti hər bir ölkədə, hər bir dövrdə çox olduğundan qadınlar hissiyyata tez bir zamanda olacaq, işlərə eyni zamanda uşaq tərbiyəsində ki, hisslərlə məntiqi hisslər üst-üstə düşmədiyinə görə qadınlar da, hər zaman beynin sol yarımkürəsi aktivdir. Kişilərdə isə beynin sağ yarımkürəsi aktivdir. Kişilər nəticəyə, qadınlar isə prosesə diqqət göstərirlər".
Nigar Səmədli