Tədqiqatçılar təxminən 3500 illik mumiyalarda kefir pendirinin izlərini aşkar ediblər
Bölmə: Araşdırma › ,Tarix: 23:09 26.09.2024
Tədqiqatçılar Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Tarim hövzəsindən təxminən 3500 illik mumiyalarda kefir pendirində çox rast gəlinən bakteriya növləri aşkar ediblər.
“Cell” jurnalında dərc olunan araşdırmada 2003-cü ildə Tarım hövzəsində mumiyalarda aşkar edilən “ağ maddələr” araşdırılıb.
DNT testinə məruz qalan bu maddələrdə inək və keçi DNT-sinin olması təsdiqlənməklə yanaşı, bəzi bakteriya nümunələri, o cümlədən kefir pendirində çox rast gəlinən "Lactobacillus kefiranofaciens" və "Pichia kudriavzevii" növləri aşkar edilib.
Tədqiqatçılardan biri olan Fu Chiaomey onu "bu günə qədər aşkar edilmiş ən qədim məlum pendir nümunəsi" adlandırıb. O bildirib ki, bu nəticə qədim insanların yemək vərdişlərinə və mədəniyyətinə işıq sala bilər.
"Pendir kimi qidaları min illər boyu qorumaq olduqca çətindir, bu, nadir və qiymətli bir fürsətdir" dedi Fu. O, kəşfin əhəmiyyətinə diqqət çəkib.
Kefirin inkişafı da aşkar edilmişdir
"Lactobacillus kefiranofaciens" bakteriyasının necə inkişaf etdiyini də araşdıran tədqiqatçılar, təxminən 3500 illik bu müddət ərzində bakteriyanın insanlara daha uyğun olduğunu müəyyən ediblər.Bu gün istehsal edilən kefirdə olan probiotik bakteriyaların bağırsaqlarda immun reaksiyalara səbəb olma ehtimalının daha az olduğuna diqqət çəkən Fu, "Bu, bakteriyaların son 3500 ildə necə inkişaf etdiyini müşahidə etməyimizə imkan verən misilsiz bir araşdırmadır" dedi.
Mənbə: TRT Haber
Mehriban Nəsibova