Üçüncü Livan-İsrail müharibəsi: "Vəziyyət daha da GƏRGİNLƏŞƏCƏK..."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:01 02.10.2024

Yaxın Şərqdə vəziyyət çox  gərgindir. Üçüncü Livan-İsrail müharibəsi, İsrail-İran qarşıdurması bu vəziyyəti daha da gərginləşdirir.

Bəs bu hadisələrin yaxın Şərqdə sülhün təmin olunmasına hansı mənfi təsirləri olacaq ?

Məsələni "informator.az"a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Livan və İsrail arasında baş verən hərbi qarşıdurma daha geniş miqyasa yayılmaq ehtimalına malikdir:

"Lakin Beynəlxalq güclərin təsiri ilə bu qarşıdurmadan yayınmaq da ola bilər. Belə bir hal olmadığda daha genişmiqyaslı müharibə olacaq və Yaxın Şərqdə sülhün olmasına mənfi təsir göstərəcək. Bu isə müharibənin gedişatında ittifaqların yaranmasına və tərəflər arasında vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Bu müharibənin nəticəsi olaraq, Yaxın Şərqdə uzun müddətli təhlükəsizliyin pozulması baş verəcək.

Genişmiqyaslı hərbi əməliyyatlar, toqquşmalar olsa, bu qaçqın axınına səbəb ola bilər. Bunun isə qarşısın almaq çox çətindir. Arzu edirik ki, hər iki tərəf sülh danışıqları ilə məsələni həll etsin".

Mayıl Soltanov