Suqovuşanın azad olunması onların bu planlarının qarşısını aldı...

Bölmə: Siyasət › ,
Tarix: 21:00 03.10.2024

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən dörd il ötür.

Sözügedən ərazilərin ölkəmiz üçün tarixi əhəmiyyətindən danışan tarixçi Zaur  Əliyev "informator.az"a bildirib ki, Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi:

"Suqovuşan sərsəng su anbarına yaxın ərazidə yerləşir. Bu anbar Azərbaycanın 6 rayonunu mütəmadi olaraq təhlükə altında saxlayır. Ermənistan hələ Qarabağın işğal dövründə düşünürdü ki, Azərbaycan əks hücuma keçsə, sərsəng su anbarını partladaraq Azərbaycanın 6 rayonunu su altında qalmasına şərait yaradacaqlar. Bu ekoloji bir terror planına daxil idi. Suqovuşanın azad olunması isə onların bu planlarının qarşısını aldı.
Bundan başqa, Sərsəng və Suqovuşan regionun içməli su ehtiyacını qarşılayırdı. Hətta ermənilər bu su anbarından öz şəxsi bizneslərini belə yaratmışdılar. Beləliklə, Suqovuşanın azad olunması həm də Azərbaycanın ekoloji qələbəsi sayılırdı".

Mayıl Soltanov