Azərbaycan nümayəndə heyəti BMT-nin merlər forumunda iştirak edib-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:50 03.10.2024
Azərbaycan nümayəndə heyəti 30 sentyabr - 1 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.
Sözügedən Sammit Azərbaycan üçün nə kimi əhəmiyyətə malikdir?
Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Kazım Kazımov qeyd edir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə sürətlə şəhərsalma prosesi həyata keçirirlir:
"Bədnam qonşularımız Qarabağı işğalda olduğu müddətdə demək olar ki, altını üstünə çevirib, məhv edib. Bu gün Azərbaycan dünya standartlarına uyğun, müasir yaşayış məntəqələri inşa edir. Ölkəmiz bu innovativ addımları ilə dünyaya bir Qarabağdan əlavə paytaxtımız Bakı, Gəncə və digər böyük şəhərlərimiz də inkişaf edir . Paytaxtımız Bakıda dünya miqyaslı tədbirlərin keçirilməsi ( Formula1; İslam və Avropa oyunları; Cop29 və s) onun dünya standartlarına uyğun səviyyədə inkişafının birbaşa göstəricisidir".
Sammitdə ayrı-ayrı sahələr üzrə şəhərlərin gələcəyi istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, BMT-nin Merlər Forumu 13 yanvar 2023-cü il tarixdə BMT-nın Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər və ECE icra qərarları ilə Şəhərsalma, Mənzil və Torpaq İdarəetmə Komitəsinin orqanı kimi yaradılıb.
Forumun əsas məqsədi şəhər başçıları arasında fikir mübadilələri aparmaq, ən yaxşı təcrübələri paylaşmaq, şəhərlərin inkişafı, davamlılıq və idarəetmə ilə bağlı ümumi problemləri müzakirə etmək, şəbəkələşmiş və inklüziv çoxtərəfli sistemin yerli, regional və qlobal səviyyədə inkişafına töhfə verməkdir.
Zəhra Məmmədova