Analitik: Ermənistanın əsas niyyəti sülh bağlamaq deyil...

Bölmə: Siyasət › ,
Tarix: 22:49 09.10.2024

Moskvada jurnalistlər İlham Əliyev və Paşinyandan sülh haqda soruşub:
Sülh nə zaman imzalanacaq?
İlham Əliyev: Hər şey razılaşdırılanda.
Paşinyan: Mən artıq öz təklifimi irəli sürmüşəm. Düşünürəm ki, məhz sülhü indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış məzmun var.

Bəs sülhün imzalanma prosesi nə zamana sirayət edəcək?

Mövzunu "İnformator.az"a şərh edən politoloq Tofiq Abbasovun fikrincə, Ermənistanın əsas niyyəti sülh bağlamaq deyil:

"İndiki şəraitdə sülh sazişi ali məqsəddir. Bu həm də bölgədə dayanıqlı sülh üçün bir vasitədir və bunun üçün hər şey razılaşdırılmalıdır. Ermənistan əvvəlkitək hiyləgərlik edir. Ermənistanin əsas məqsədi Azərbaycanı masa arxasında oturdub yarımçıq, çiy bir saziş imzalamaqdır. Ermənistan tək deyil, onun arxasında duran havadarlar bölgədəki gərginliyi kəskinləşdirməyə çalışırlar. Bunun üçün Azərbaycanı aldatmağa çalışırlar, çünki sülh bağlanırsa, artıq etimad mühiti yaranır və tərəflər rahatlaşırlar. Amma Ermənistan tərəfi bir əlində silahı arxasında gizlədir və çalışır, bizi inandırsın ki, onun niyyəti təmizdir, alidir və o sülhə hazırdır".

Politoloq deyir ki, Azərbaycan burda sadəlövhlük etməyəcək:

"Çünki Azərbaycan çox yaxşı bilir ki , kortəbii şəkildə saziş imzalanarsa, Ermənistan yenə öz dədə-baba sənətinə davam edəcək. Buna biz gedən deyilik. Azərbaycan nahaq yerə xəbərdarlıq etmir ki, siz qırmızı xəttləri keçsəz, biz sizin cavabınızı gecikmədən verəcəyik. Açıq-aşkar bəllidir ki, burda söz sahibi Nikol Paşinyan deyil, siluetləri görünən xaricilərdir. Biz Ermənistandan və onun arxasında duran vasitələrdən qorxmuruq. Bizim çox güclü ordumuz var mövqelərimiz güclüdür və lazım olanda biz cavab tədbirlərini görməyə hazırıq".

Zəhra Məmmədova