Azərbaycanda Köhnə Avtomobillər və Tıxacların vurduğu ZƏRƏRLƏR

Bölmə: Sosial › ,
Tarix: 09:28 10.10.2024

"Hökümət artıq normativlərə cavab verməyən avtomobillərin, xüsusilə köhnə avtomobillərin, məsələn Azərbaycanın avtomobil nəqliyyatının 80%-dən çoxu 10 il ve daha çoxu, 20 il və daha yuxarı olan avtomobillər, 30-40%-ə qədəri təşkil edilir. Yəni, bu həddə olan avtomobillər (əsasən də köhnə avtomobillər) daha çox ətraf mühiti zəhərləyir. Bu da şəhər ekologiyasını həddindən artıq çirkləndirir".

Bu sözləri "informator.az"a açıqlamasında Ekoloq Sadiq Həsənov söyləyib.

Ekoloq Azərbaycanın böyük şəhərlərində hava çirklənməsinin səviyyəsinin vəziyyətindən də bəhs edib:

"Bakı şəhərində hava çirklənməsin səviyyəsi gündə buraxıla bilən normadan 4-5 dəfə yuxarıdır.  Məsələn, orada buraxıla bilən norma üçün həddlər var; karbonmonoxid üçün, azot oksidlər üçün, kükürd üçün və digərləri üçün normativlər var.  Məsələn, azot monoxid üçün 0-0,5 milliqram kubmetrdirsə, burada nəqliyyatın intensiv hərəkəti olduğundan və bu, Bakıda çox zaman tıxac ilə müşahidə edildiyindən,  həddindən artıq çox karbonmonoxid, azotmonoxid və digər kükürd və digər zəhərli qazlar yarana bilir. Xüsusilə bu, elə bir avtomobilin aşağı sürətlərində daha çox yanacaq istehsal edir,  yandırır və bu istehsal etdiyi yanacağa uyğun olaraq ətraf mühitə zəhərli qazları atır. Orta səviyyəli bir maşın normal halda 100 kilometr, 6 litr istifadə edirsə, tıxacda dayananda artıq 8-9-10 litrə qədər artır. Yəni, 1,5 dəfə çox artdığına görə , məsələn, 1 kq benzin, 2,5 kq-ı qədər CO2 qazı ata bilir ətraf mühitə, normal halda.  Əgər bu normal hal olmayanda, daha çox atır və bu da atmosferin çirklənməsində əhəmiyyətli rol oynayır. Sumqayıt şəhərində avtomobil nəqliyyatının sıxılığı Bakıdan az olsa da, məsələn, Heydər Əliyev prospektində, Səməd Vurğun küçəsində və digər küçələrdə avtomobilin intensiv hərəkəti var. Başqa digər şəhərlərdə intensiv hərəkət olduğuna görə çirklənmə Bakı şəhərindən aşağıdır.  Yəni, normadan yüksəkdir, məsələn, karbonmonoksidlə bağlı, normadan yüksəkdir və yaxud azotoksidi ilə bağlı və bu normadan yüksək olduğuna görə də havanın çirklənməsində müəyyən qədər rol oynayır".

Sadiq Həsənovun sözlərinə görə, Hazırda Bakı yollarında velosiped yollarının inşası gedir və bu çox yaxşı haldır:

"Dizil mühərriklərində isə bu daha yüksəkdir və onun tərkibində PM2,5, o ölçüsü də onun PM10 deməli mikron, milyonda bir hissə sahib mikron ölçüdə hissəciklərdir ki, bunlar havada uzun müddət asılqan şəklində qala bilir, xüsusən dizillə işləyən mühərrikli avtomaşınlarda bu daha çox olur.
Bu ona görə qeyd edildi ki, tıxaclarda aşağı sürətlərdə bu daha çox artır. Burada artıq ictimaiyət nə etməlidir?  İctimaiyət odur ki, maşınlardan az istifadə etmək lazımdır, daha çox ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Əgər şəhər, ictimaiyyətimiz velosipedə keçsə, məsələn, Avropa ölkərində olduğu kimi, bu havanın daha təmiz olmasına gətirib çıxara bilər. Biri də odur ki, baş yolların, avtomobil yolların ətrafında hər tərəfdən yaşıllaşdırma olmalıdır. Çünki yaşıllaşdırma olan yerdə  tozu, zəhəri uda bilir".

Fatimə Abdulrəhimli