Türkdilli mediada Qarabağ problemi

Bölmə: Araşdırma › ,
Tarix: 16:49 15.10.2024

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Mübariz Göyüşlü elmi seminar keçirib.


Elmi seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti, doktorantlar iştirak edib.


Mübariz Göyüşlü Azərbaycan Respublikasının Türk dövlətləri ilə artan əlaqələrinin perspektivləri məsələsinə toxundu. Eyni zamanda Türkiyə Azərbaycan Ortaq Media Platformasının üstünlüyündən danışdı.

 

Mübariz Göyüşlü Türkiyə mediasının ll Qarabağ müharibəsi zamanı dərc etdirdikləri yazıları nümunə şəkilində tədbir iştirakçılarına çatdırdı. Türkiyə dövlətinin Qarabağ məsələsində həm siyasi arenada, həm də müharibə vaxtı verdiyi dəstəkdən söz açdı. Təkcə Türkiyə yox, digər Türk dövlətlərinin də mediasında Qarabağla bağlı yazıları nümunə göstərdi. Və diaspora işinin vacibliyindən danışdı.

 

Sonda Mübariz Göyüşlü auditoriyadan gələn sualları cavabladı.

 

 

 Vüqar Alışov