Ancelina Coli uşaqları 18 yaşına çatdıqdan sonra Los Ancelesi tərk etmək istəyir
Bölmə: Maraqlı › ,Tarix: 22:32 23.10.2024
Ancelina Coli bir müddətdir ki, işindən uzaqdır. Onun ekrandakı son görünüşü 2021 Marvel filmi "Eternals"-da idi. Rejissorluğa gəlincə, 2017-ci ildə çəkilmiş “First They Killed My Father” filmi onun son təşəbbüsü oldu. İndi o, müvafiq olaraq "Maria" və "Without Blood" filmlərində aktyor və yazıçı-rejissor kimi geri qayıtmağa hazırlaşır.
O, Los-Ancelesdən köçmək planını üzə çıxarıb. Ancelina Hollywood Reporter-ə danışarkən işə uzun müddət fasilə verməsinin səbəbini bölüşüb. Altı uşaq anası - Maddox (23), Pax (20), Zahara (19), Shiloh (18) və əkizləri Vivienne və Nox (16), Ancelina qeyd etdi ki, uşaqları ilə "evdə daha çox vaxt keçirməlidir". Övladlarının 18 yaşı tamam olduqdan sonra vaxtının çox hissəsini LA-dan kənarda keçirəcəyini açıqlayan aktrisa, “Mən bu şəhərdə böyümüşəm. Mən hələ buradayam, çünki boşanmamış gedə bilmərəm, amma onların 18 yaşı olan kimi gedə biləcəyəm. Böyük bir ailəniz olduqda, onların məxfi həyat, dinclik və təhlükəsizliyə sahib olmasını istəyirsiniz".
“Mən Kambocada çox vaxt keçirəcəyəm. Harada olurlarsa olsunlar, ailə üzvlərimə də baş çəkməyə vaxt sərf edəcəyəm”, – Ancelina Coli əlavə edib.
Mənbə: news18.com
Nərgiz Orucova