Üzüm sirkəsinin ürək sağlamlığından dəri baxımına qədər faydaları...
Bölmə: Maraqlı › ,Tarix: 21:02 30.10.2024
Ən çox sevdiyimiz salat soslarının vazkeçilməz hissəsi olan və sağlamlıq üçün saysız-hesabsız faydaları olan üzüm sirkəsinin ürək sağlamlığından dəri baxımına qədər bir çox müsbət təsiri var. Üzüm sirkəsinin diyetlərimizdəki rolu haqqında diyetoloqların nə dediyini öyrənmək üçün oxuyun.
1- Qan şəkərinin səviyyəsini aşağı salır
Tədqiqatlar üzüm sirkəsi ilə qan şəkərinin azalması arasında əlaqə olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, sirkənin tərkibindəki sirkə turşusu karbohidratların həzmini yavaşlatmağa kömək edə bilər, qlükozanın qan dövranına daha tədricən buraxılmasına imkan verir.
2- Ürəyin işini tənzimləyir
Üzüm sirkəsində olan antioksidanların, yəni qırmızı üzümdə olan resveratrolun ürəyin işləməsinə kömək etdiyi güman edilir.
Bəzi tədqiqatlar göstərir ki, sirkənin müntəzəm istifadəsi ürək xəstəliyi üçün risk faktorları olan qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər.
3- Qanın laxtalanmasının qarşısını alır
Üzüm sirkəsinin tərkibində polifenollar da aşkar edilmişdir ki, bu da orqanizmdə laxtalanma riskini azaltmağa kömək edir. Ancaq bu əlaqəni tam başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var.
Bütün bu faydalara əlavə olaraq, üzüm sirkəsi ilə bağlı bəzi yanlış təsəvvürlər də var. Xroniki xəstəlikləri sağaltmaq üçün kifayət qədər təsirli deyil və bədəni tək başına ödemdən təmizləmək gücünə malik deyil. Bədəndəki ödemi aradan qaldırmaq üçün yalnız sirkə istehlakı kifayət deyil, onu yalnız qismən dəstəkləyə bilər.
Mənbə: Pembenar
Nigar Səmədli