Ukrayna - Rusiya arasında yenidən müharibə başlaya bilər?

Bölmə: Dünya › ,
Tarix: 20:16 18.11.2024

Ukrayna ABŞ-ın uzaqmənzilli raketləri ilə Rusiyaya zərbələr endirə bilər.

 

Bu Ukrayna-Rusiya müharibəsini yenidən qığılcımlada bilərmi?

 

Bununla bağlı politoloq Oqtay Qasımov "İnformator.az" saytına açıqlamasında bildirib ki, Co Baydenin Rusiya ərazilərini uzaqmənzilli raketlə vurmaq barədə icazəsi 2 məqsəd daşıyır:

 

"Bunlardan biri ABŞ-ın Ukraynaya dəstəyinin davam etdiyini göstərmək, ikincisi isə Bayden hakimiyyəti başa çatana qədər Ukraynaya ayrılmış yardımların ona çatdırılması,Tramp gələnə qədər öhdəliklərin yerinə yetirilməsidir".

 

Politoloqun sözlərinə görə, Bayden planlı şəkildə addım ataraq Rusiyanı çətin vəziyyətə salmaq istəyir:

 

"Belə ki, son dövrdə Rusiyanın sərhəddə aktivliyi artıb. Bayden də ən azından bunu əngəllməyə çalışır ki, ondan sonra hakimiyyətə gələcək olan Tramp da Ukraynanı dəstəkləsin.Yaxın zamanlarda ola biləcək görüş və sazişlərin də Ukraynaya qarşı yumşaq olmasını istəyir. Həm ABŞ, həm də Fransa və İngiltərnin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə vurmaqla bağlı verdikləri qərar yeni mərhələ kimi də dəyərləndirilə bilər".

 

Fidan Fərhadlı