Meymunçicəyi virusunun yeni ştamı ortaya çıxıb
Bölmə: Sosial › ,Tarix: 20:45 18.11.2024
İlk dəfə 1958-ci ildə laboratoriyalarda saxlanılan meymunlarda müşahidə olunan "meymun çiçəyi" xəstəliyi virusu halında yeni ştamla gündəmə gəlib.
Yeni ştam Amerka Birləşmiş Ştatlarında qeydə alınıb.
Bəs onun yayılma riski nə qədərdir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev Meymunçiçəyi virusunun yeni ştamının genetik quruluşunun hələ tam öyrənilmədiyini bildirib.
Lakin onun sözlərinə görə, bu ştam daha təhlükəli ola bilər:
"Güman olunur ki, yeni ştam sürətli yoluxma qabiliyyətinə malikdir. Çünki son 2-3 ay ərzində daha çox yoluxma müşahidə olunub".
Həkim Mərdan Əliyev Meymunçicəyi xəstəliyinin yeni ştamının Azərbaycana gəlməsi ehtimalının az olduğunu bildirib:
"Bu xəstəliyin Azərbaycana gəlmə ehtimalı çox deyil. Ona görə ki, virus yaxın təmas yolu ilə yoluxur. Bu səbəbdən virusun bizə gəlmə ehtimalı çox azdır ",-deyə o, fikirlərini yekunlaşdırıb.
Elnurə Kərimova