Stomatoloji xidmətlər niyə bahalaşıb?

Bölmə: Sosial › ,
Tarix: 15:38 19.11.2024

Stomatoloji klinikaların sayının artması ilə bu klinikalardakı xidmətlərin qiymətləri də gün keçdikcə artmaqdadır. 

 

Bəs stomatoloji xidmətlərin qiymətlərinin artmasına əsas səbəblər nələrdir?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında həkim-stomatoloq Nigar Balayeva bildirib ki, stomatoloji xidmətlərin sayının artırılma səbəbi materialların günü gündən artmasıdır:

 

"Yeniliklərlə bağlı stomatoloji kurslar keçirilir. Xaricdən mütəxəsislər gəldiyinə görə də, onların qiymətləri daha baha olur". 

 

Həkimin sözlərinə görə, ən əsası isə klinikaların və qiymətlərin artma səbəblərindən vacibi bəzi həkimlik statusu olmayanlar Gürcüstan və Ukraynadan pul ilə diplom alıb, həkim kimi işləmələridir:

 

"Həmin texnikilər qeyri-qanuni klinikalar açırlar. Ona görə də hər adı olan klinika, qeydiyyatlı deyil. Biz həkimlər illərlə əziyyət çəkib oxumuşuq, hazırda kurslara gedib öz bilik savadımızı artırırıq. Amma onlar kimlərinsə əlinə baxıb öyrənirlər və “ Stomatoloq həkim” adı ilə işləyirlər. İşləməkləri ilə pasientlərin vəziyyətini ağırlaşdırır. Həmin pasientlər “həkimlərin” korladigi işləri bizlərə həvalə edirlər. Ona görə də xidmət qiyməti artıq olur".

 

Mehriban Nəsibova