Inter Miami-nin oyunçusu Messi MLS-in “Ən Dəyərli Oyunçusu MVP” mükafatını qazanıb

Tarix: 23:35 06.12.2024
Argentina ulduzu Lionel Messi Amerika Futbol Liqasının MLS “Ən Dəyərli Oyunçusu MVP”mükafatını qazanıb.
Keçmiş Barcelona və Paris Saint-Germain hücumçusu Inter Miami-yə rekordlu adi mövsüm xalı toplamağa kömək edib, lakin komandası noyabr ayında MLS Kuboku pley-offunun birinci mərhələsində məğlub olub.
37 yaşlı oyunçu liqada ən çox qol töhfəsi ilə fərqlənib – 20 qol vurub və 16 məhsuldar ötürmə edib.
Messinin zədələr səbəbindən bu il Miami üçün cəmi 19 adi mövsüm və iki pley-off oyununda iştirak etməsinə baxmayaraq, bu mükafata layiq görülüb.
Liqanın MVP-si oyunçular, klubun texniki heyəti və jurnalistlər tərəfindən seçilir. Messi 38.43% səslə Kolumbus Kruzun oyunçusu Kuço Ernandezi (33.7%) qabaqlayıb.
Rəsmi olaraq “Landon Donovan MLS MVP “mükafatı adlandırılan bu mükafatı əvvəllər ABŞ-ın keçmiş yarımmüdafiəçisi Donovan, İrlandiya Respublikasından Robbie Keane və İspaniyadan David Villa qazanıb.
Mənbə:BBC Sport
Aytac Mustafayeva