Fransada yaşanan siyasi böhran - səbəbləri nələrdir?
Bölmə: Siyasət › ,Tarix: 20:30 12.12.2024
2024-cü ildə Fransada yaşanan siyasi böhran bir neçə əsas hadisə ilə əlaqəlidir. Ölkə daxilindəki siyasi qeyri-müəyyənlik, prezident Emmanuel Makronun mərkəzçi mövqeyinin zəifləməsi və müxalifət partiyalarının güc qazanması ilə müşahidə olunur.
Bu böhran Fransanın beynəlxalq nüfuzunu zəiflətməklə yanaşı, Avropa Birliyi daxilində siyasi gərginliklərə də səbəb olur.
Mövzu ilə bağlı ''informator.az''a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Emmanuel Makron Fransa tarixində ən uğursuz prezident kimi qalacaq:
"Çünki nə ölkə daxilində, nə də ölkə xaricində heç bir uğur əldə edə bilməyib. Emmanuel Makron Fransa xalqı arasında bölünməyə və qütbləşməyə səbəb olub. Məncə, Fransa tarixi uzun müddət sarı jiletlilərin üsyanını unutmayacaq. Bu etirazlar zamanı insanlara qarşı çox böyük zorakılıq tətbiq olunub. Bu baxımdan Makronun ictimai rəydə üstünlüyü yoxdur. Sadəcə, Emmanuel Makronun hakimiyyətdə olmasına kömək edən qlobal maliyyə şəbəkələri var. Bu şəbəkələrin razılığı olmadan Emmanuel Makron istefa verməyəcək. O ,qəti şəkildə istefa verməyəcəyini deyir, çünki müstəqil bir şəxs deyil. Makron qlobal maliyyə şəbəkələrinin oturtduğu bir ''oyuncaq''dır.
Bu böhranı parlamentlə qarşıdurma kontekstində də həll etmək mümkün olmayacaq".
Politoloqun sözlərinə görə, parlamentdə solçuların qələbəsi var idi. Buna baxmayaraq solçuların namizədini Makron qəbul etmədi:
"Özü bir başa nazir təyin etdi, amma o 6 ay müddətində vəzifəsindən kənarlaşdırıldı. Düşünürəm ki, bir neçə ay sonra parlamentdə yenə etmadsızlıq məsələsi yaransın. Böhran açıq şəkildə baş tutur. Bu həm iqtisadi, maliyyə həm də siyasi bir böhrandır.
Siyasi qüvvələrin böyük əksəriyyəti Emmanuel Makronun hakimiyyətdən getməsini istəyir. Böhranın necə həll olacağı barəsində heç kəs dəqiq bir proqnoz verə bilmir. Nə zaman Makronu hakimiyyətə gətirənlər onun istefa verməsinə razılıq verəcəklərsə, ''oyuncaq'' Makron da o zaman istefa verəcək.O nə vaxt hakimiyyətdən getsə Fransa elə həmin vaxt dirçələcək''.
Aygün Babayeva